Ölkə 09:09 27.07.2021

Toyda COVID-19 pasportu olmayanların cəriməsini kim ödəməlidir?

"COVID-19 pasportunun olmamasına görə cəriməni həm restoran sahibləri, həm də toy sahibləri ödəməlidir”.

Qaynarinfo xəbər verir ki, bunu DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, çünki tərəflər arasında iltizam sənədi imzalanır:

"İltizam sənədinə uyğun olaraq, müştərək hüquqi öhdəlik götürülür. Hüquqi və ya fiziki şəxslərin hər birinin hüquqi məsuliyyəti var və buna uyğun inzibati tənbeh tədbirləri görülür”.