Xəbər lenti

Ekonomiks 18:30 19.12.2024

"Toyota Abşeron Center" məhkəməlik oldu

Mərkəzi Bank tərəfindən "Toyota Abşeron Center" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Valyuta tənzimi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib olunub. 

Valyuta.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə irəli sürülüb.

Müddəanın tələblərinə əsasən, "Toyota Abşeron Center" MMC xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin hər hansı xidmət almayıb və həmin valyuta ölkəyə geri qaytarılmayıb.

Protokola Abşeron Rayon Məhkəməsində hakim Cəmilə Səfiyevanın sədrliyi ilə baxılır. İddia təsdiqini taparsa, şirkəti ölkədən çıxardığı valyutanın 20 faizindən 30 faizi məbləğinədək cərimə cəzası gözləyir.

Qeyd edək ki, qanuni təmsilçisi Cəmil Böyükağa oğlu Məmmədov olan "Toyota Abşeron Center" MMC Mərkəzi Bankın keçmiş sədri Elmar Rüstəmovun biznesi oldu bildirilir. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->