Maqazin 15:36 09.08.2020

Toysuz qalan meyxanaçı "makler"liyə başladı

Tanınmış meyxanaçı Vüqar Əbdülov ev alqı-satıqısına başlayıb.

Qaynarinfo xəbər ki, bu barədə meyxanaçının özü "Instagram" səhifəsində məlumat yayıb.

Meyxanaçı ev alğı-satıqısı ilə bağlı ofisin qarşısından fotosunu bu sözlərlə paylaşıb: "Keçdik bu işlərə. Allah alana da, satana da xeyir versin".

Qeyd edək ki, Vüqar Əbdülov bir müddət bundan əvvəl Musavat.com-a açıqlamasında toylarsız qalan digər həmkarları kimi maddi vəziyyətinin çox ağır olduğunu bildirmişdi. Meyxanaçı sənətdən başqa bir iş bacarmadığını, gələcəkdə veriliş və filmlərdə, televiziya və yaxud mətbuatda işçi kimi çalışmağı düşündüyünü demişdi.