Çiy toyuğu bişirmədən öncə yuyursunuz?
Qaynarinfo xəbər verir ki, mütəxəssislər çiy toyuğu yumağın təhlükəli olduğunu açıqlayıb.
Çiy toyuqdakı kompilobakterioz adlı bakteriya qida zəhərlənməsinin başlıca səbəblərindəndir. Buna görə də, toyuğu bişirmədən öncə yumaq yaxşı fikir deyil.
Mütəxəssislər deyir ki, siz əti yuduğunuzu düşünürsünüz. Ancaq su damlaları ilə bakteriyanı əllərinizdən dəzgahınıza, geyimlərinizə qədər yayırsınız. Böyük Britaniya Sağlamlıq Xidmətinin araşdırmasına görə, su damlaları 50 sm-dən uzağa yayıla bilər. Qida zəhərlənməsi üçün isə bir neçə kampilobakterioz yetərlidir.
İmmuniteti zəif olanlar üçün bu bakteriyalar xüsusilə fəsadlıdır. Bu bakteriyalar kəskin bağırsaq infeksiyaları yaradır, sepsisi oyadır və reaktiv artritləri aktivləşdirir.
Bu günə kimi Kampilobakteriozun profilaktikası üçün sistem yaradılmayıb və hər gün toyuq əti alıb yeyən insanlar üçün bu real təhlükə mənbəyidir.
Bakteriyadan qorunmaq üçün nə etməliyik?
Toyuğu ağzı qapalı qabda və ya paketdə saxlayın. Toyuğu təmizlədikdən sonra əllərinizi və mətbəx alətlərinizi mütləq yaxşıca yuyun. Və yaxşı olar ki, dədə-baba adəti ilə toyuğu birbaşa qaynar suya salıb qaynadasınız. Belə olduqda toyuq həm yuyular, həm də bakteriyaları məhv olar.
Nərmin Həsənli
Şərhlər