ABŞ Konqresi oktyabrın 1-dək federal administrasiyanın maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini qəbul etməsə, hökumətin sentyabr ayında fəaliyyətini dayandırması mümkündür.
"Report"un verdiyi məlumata görə, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
"Sentyabr ayında hökumətin fəaliyyətinin dayandırılması ilə qarşılaşacaqsınız", – deyə Ağ Evin rəhbəri qeyd edib.
Xatırladaq ki, daha əvvəl – yanvarın 31-də ABŞ-da qismən "şatdaun" baş verib və müvəqqəti maliyyələşdirmənin təsdiqlənməsindən sonra fevralın 4-də başa çatıb. Həmin vaxt federal hökumətin fəaliyyəti, Demokrat senatorların Daxili Təhlükəsizlik Nazirliyinin maliyyələşdirilməsinin davam etdirilməsini nəzərdə tutan qanun layihəsini dəstəkləməməsi səbəbindən qismən dayandırılmışdı.
Şərhlər