XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Tramp ABŞ qoşunlarının Avropadan çıxarılması barədə: “Bunu istəməzdim”
Dünya11:27 19.02.2025

Tramp ABŞ qoşunlarının Avropadan çıxarılması barədə: “Bunu istəməzdim”

ABŞ prezidenti Donald Tramp Avropa ölkələrində yerləşdirilmiş Amerika hərbi kontingentini çıxarmaq niyyətində olmadığını bildirib.  
Qaynarinfo "Avropa həqiqəti"nə istinadla xəbər verir ki, o, bu barədə Mar-a-Laqoda jurnalistlərlə söhbətində danışıb.  
Trampdan Kremlin rəhbəri Vladimir Putinlə sülh razılaşması çərçivəsində ABŞ qoşunlarını Avropadan çıxarmağa hazır olub-olmadığı soruşulub.  
Buna cavab olaraq ABŞ prezidenti "məndən bunu heç kim istəməyib" deyə bildirib.  
"Bunu etməyə ehtiyac olacağını düşünmürəm. Mən bunu etmək istəməzdim. Amma bu məsələ heç vaxt gündəmə gətirilməyib", – deyə Tramp qeyd edib.  
Xatırladaq ki, 18 fevralda Polşa prezidenti Andjey Duda amerikalı rəsmilərin ona Şərqi Avropada ABŞ qoşunlarının sayını azaltmaq niyyətində olmadıqlarına dair təminat verdiklərini açıqlayıb.  
Ötən həftə ABŞ-ın müdafiə naziri Pit Hegset NATO müttəfiqlərinin ABŞ-ın Avropada daim qalacağını düşünməməli olduqlarını bəyan edib.  
Litvanın xarici işlər naziri Kyastutis Budris də Avropanın təhlükəsizliyinin təmin olunması üçün ABŞ qoşunlarına güvəndiyi dövrün başa çatdığını hesab edir.
Alpər