ABŞ Prezidenti Donald Tramp "Anthropic" şirkətinin ABŞ hökumətində və federal qurumlarda istifadəsini qadağan edib.
Qaynarinfo xəbər verir ki, Qərardan dərhal sonra ABŞ Müdafiə Nazirliyi şirkəti "milli təhlükəsizlik üçün riskli” elan edib. Bundan sonra həm hökumət, həm də ordu "Anthropic"ilə işləyə bilməyəcək.
Bu qərar ilk dəfə amerikalı bir şirkətə tətbiq olunub. Qərar verilməzdən əvvəl Pentagon və "Anthropic" arasında danışıqlar aparılıb, amma tərəflər razılığa gələ bilməyib. Şirkət əməkdaşları CEO Dario Amodeiyə dəstək verib. Qeyd edək ki, "Anthropic"in süni intellekt modeli Claude artıq kəşfiyyat analizində istifadə olunurdu.
Krizdən sonra "OpenAI" ChatGPT modelini Pentagon-un istifadəsinə verib. İndi ChatGPT hərbi və kəşfiyyat analizlərində daha çox istifadə olunacaq. Bu qərara etiraz edənlər isə məlumat təhlükəsizliyi səbəbi ilə ChatGPT-dən çıxıb Claude modelinə keçirlər.
Günay
Şərhlər