ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, onun 2024-cü ildə keçiriləcək seçkilərdə Ağ Evin hazırkı rəhbəri Co Baydenə qalib gəlmək şansı 100 faizə yaxındır.
Qaynarinfo xəbər verir ki, sabiq prezident bu barədə Böyük Britaniyanın "Times" qəzetinin jurnalistinə
bildirib.
Trampın sözlərinə görə, onun yanvarda keçirilməsi planlaşdırılan praymerizdə Respublikaçılar arasında rəqibi yoxdur.
2024-cü ildə Respublikaçılar Partiyasında prezidentliyə namizədlik uğrunda mübarizəyə Donald Tramp başçılıq edir. Florida qubernatoru Ron DeSantis və hindli mühacirlərin oğlu Vivek Ramasvami də daxil olmaqla, bir neçə nəfər də namizədlik uğrunda mübarizə aparır.
Aydın
Şərhlər