Tramp Kanadada fransız dilinə qarşı heç bir etirazının olmadığını bildirib
ABŞ prezidenti Donald Tramp Ottavanın açıqlamalarının əksinə olaraq, Kanadada fransız dilinin rəsmi dil kimi istifadəsinə qarşı olmadığını bildirib.
Qaynarinfo xəbər verir ki, siyasətçi bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.
“Mən kanadalıların fransız dilində danışmaq hüququna heç vaxt mane olmazdım! Hətta belə axmaq bir fikri heç vaxt düşünməmişəm”, deyə ABŞ lideri qeyd edib.
Onun sözlərinə görə, Kanadanın baş naziri Mark Karni ölkə vətəndaşlarından siyasi dəstək qazanmaq cəhdi ilə belə bir şayiə yayıb.
ABŞ və Kanada arasında münasibətlər Vaşinqton və Ottavanın yeni ticarət razılaşmalarına nail ola bilməməsindən sonra pisləşib.
Avqustun 24-də ABŞ prezidenti 2027-ci il yanvarın 1-dən Kanada avtomobilləri, yük maşınları, avtomobil hissələri və poladına tətbiq olunan gömrük rüsumlarını 50 faizə qədər artırmaq niyyətində olduğunu açıqlayıb.
Tramp həmçinin Ottavanı ABŞ-ın kənd təsərrüfatı məhsullarına yüksək tariflər tətbiq etməkdə ittiham edib. O bildirib ki, Kanada şirkətləri istehsalı ABŞ ərazisinə köçürəcəkləri təqdirdə yeni məhdudiyyətlərdən yayına biləcəklər.
Aydın
Şərhlər