ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə müşaviri Con Boltonu vəzifəsindən azad edib.
Qaynarinfo xəbər verir ki, bu barədə o, tvitter hesabında məlumat verib. Tramp Boltonla ciddi fikir ayrılıqları olduğunu və onu bu səbəbdən işdən çıxardığını bildirib.
"Condan istefa verməsini istədim. Bu sabah ərizəsini mənə verildi. Ona xidmətlərinə görə təşəkkür edirəm. Gələn həftə yeni müşavirin adını açıqlayacağam", - deyə Tramp yazıb.
Şərhlər