Dünya 15:21 04.11.2019

Tramp Kəşfiyyat Komitəsinin sədrindən yazdı: “Yalançı və anormaldır”

ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının nümayəndələrinin Amerika lideri ilə Ukrayna lideri Vladimir Zelenski arasındakı telefon danışığının protokollarını təqdim etmələrini tələb edib.

Qaynarinfo kp.ru-ya istinadən xəbər verir ki, prezident bu haqda öz Tvitter hesabında yazıb.

Trampın fikrincə, bu, ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Adam Şiffin yalanlarını üzə çıxarmaq üçün vacibdir:

"O, sübutuna ehtiyac olmayan bir yalançıdır. Yalançı və anormaldır. Buna görə də o, gerçəkdən məsuliyyətə cəlb edilməlidir!”

Xatırladaq ki, Donald Tramp bundan əvvəl də dəfələrlə Adam Şiffin əsil fırıldaqçı olduğunu və ABŞ prezidentinə qarşı yalan ittihamlarla çıxış etdiyini bildirmişdi.

Alpər