Dünya 16:07 03.06.2019

Tramp London meri Sadiq xanı hədəf aldı

ABŞ prezidenti Donald Tramp London meri Sadiq Xan barədə sərt açıqlamalar verib.

Qaynarinfo xəbər verir ki, İngiltərədə səfərdə olan Tramp "Twitter" hesabında onu tənqid edən və ölkəyə səfərini qınayan Sadiq Xana cavab verib:

"London Meri Sadiq Xan Birləşmiş Krallığın vacib tərəfdaşı olan ABŞ prezidentinin səfəri ilə əlaqədar axmaq mövqe nümayiş etdirib. O uğursuzdur və fikrini mənə yox, Londonda baş verən cinayətlərə yönəltməlidir. Xan mənə işində onun qədər pis olan Nyu York meri Bill de Blasionu xatırladır. Sadəcə Xan Blasionun yarısı boydadır".

Gülşən