Xəbər lenti

Tramp Makkeybi də qovdu
Dünya 09:57 17.03.2018

Tramp Makkeybi də qovdu

ABŞ Federal Tədqiqatlar Bürosunun sabiq direktor köməkçisi Endryu Makkeyb təqaüdə çıxmasına 2 gün qalmış qovulub.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, 2016-cı ildə bu vəzifəyə gəlmiş Makkeyb bu il 29 yanvarda qalmış bütün rəsmi icazələrindən istifadə edərək aktiv iş fəaliyyətinə son qoyduğunu və 18 martda rəsmi təqaüdə çıxacağını açıqlamışdı. FTB nümayəndəsi Maykl Horovitz açıqlama ilə çıxış edərək Makkeybin qurumla əlaqəsinə son qoyulduğunu deyib.

Qeyd edək ki, Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsini araşdıran Endryu Makkeyb prezident Donald Tramp əleyhinə mövqeyi ilə bilinirdi. Tramp daha əvvəl 9 may 2017-ci il tarixində FTB direktoru Ceyms Komini vəzifəsindən kənarlaşdırması ilə dünya gündəminə düşmüşdü.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->