ABŞ prezidenti Donald Tramp Fransaya səfərə başlayır.
"Qaynarinfo" "BBC"yə istinadən xəbər verir ki, Tramp Fransa prezidenti Emmanuel Makronla birlikdə Bastiliya günü münasibətilə təşkil ediləcək paradda iştirak edəcək. Amerika əsgərlərinin də hərbi paradda iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, Trampın iqlim dəyişikliyi məsələsi ilə bağlı qərarından sonra Makron əks mövqe göstərmiş və qərarı tənqid edən video açıqlama ilə çıxış etmişdi. Ciddi fikir ayrılıqlarının mövcud olduğu iki lider arasında görüş səbirsizliklə gözlənilir.
Səfəri maraqlı edən digər bir məsələ isə bir müddət əvvəl fransalı gəncin Trampı Bastiliya paradında öldürəcəyini açıqlamasıdır. Bu hadisə böyük səs-küyə səbəb olmuş və gəncin həbsi ilə nəticələnmişdi.
Tramp və xanımı Melaniya Trampın artıq Parisdə olduğu bildirilir.
Gülşən
Qaynarinfo.Az
Şərhlər