Xəbər lenti

Tramp müttəfiqlərə bildirib ki, sülh danışıqları ərazi mübadiləsini əhatə edə bilər
Dünya 16:40 07.08.2025

Tramp müttəfiqlərə bildirib ki, sülh danışıqları ərazi mübadiləsini əhatə edə bilər

ABŞ prezidenti Donald Tramp Avropa müttəfiqlərinə bildirib ki, Rusiya prezidenti Vladimir Putin sülh danışıqlarına başlamağa açıqdır, lakin bu danışıqların tərkibində "ərazi mübadiləsi" məsələsi olmalıdır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" məlumatlı mənbələrə istinadla yazır.

Tramp dünən bəyan edib ki, yaxın vaxtlarda Vladimir Putin və Volodimir Zelenski ilə görüşmək üçün çox yaxşı şans var.

Məlumatlı mənbələrin sözlərinə görə, Tramp Avropa liderləri ilə telefon danışığı zamanı Ukraynada atəşkəs imkanını müsbət qarşılayıb və bildirib ki, Putin danışıqlara başlamağa razıdır – lakin bunun üçün ərazi mübadiləsi məsələsinin gündəmdə olması şərtdir.

Bu ifadənin dəqiq nəyə işarə etdiyi açıqlanmasa da, "Bloomberg" qeyd edir ki, daha əvvəl Putin Krım yarımadası ilə yanaşı, Ukraynanın şərq və cənub bölgələri - Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətləri üzərində də iddialar irəli sürüb.

Agentlik yazır ki, əvvəlki mərhələlərdə ABŞ bəzi kompromis təklifləri irəli sürmüşdü. Həmin təkliflərdə Krımın Rusiya tərəfindən ilhaqının tanınması, lakin Zaporojye və Xerson vilayətlərinin nəzarətinin Ukraynaya qaytarılması nəzərdə tutulurdu.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->