ABŞ prezidenti Donald Tramp keçirdiyi mətbuat konfransında CBS kanalının müxbirinə əsəbiləşib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, jurnalist Paula Reid Ağ Ev rəhbərinin koronavirus qərarlarını tənqid edib. Trampın yanvarın 31-də fövqəladə vəziyyət elan etməsi, fevralın 2-də Çinə səyahət qadağası qoyması və martın ortalarında sosial məsafə qaydalarını təsdiqləməsinə istinad edən müxbir ABŞ prezidentinin bu şəkildə zaman qazandığını iddia edib.
"Amma bunu xəstəxanaları hazırlamaq, test aparılmasını artırmaq üçün istifadə etmədiniz. Hazırda 20 milyona yaxın insan işsizdir. On minlərlə amerikalı öldü. Belə bənzəri görülməmiş böhranda sizin çıxışlarınız insanlara özlərini necə güvəndə hiss etdirə bilər?", - deyə müxbir sual verib.
Tramp isə cavabında, "Elə üz qarasısan ki, bu sualı vermə tərzin belə üz qarasıdır", deyərək Çinlə sərhədləri bağlamağından danışıb.
Müxbirin ikinci dəfə, "Yaxşı, amma qazandığınız zamanla nə etdiniz? Fevral ayı tam bir boşluq idi", deyib. Tramp isə "çox şey etmişik" deyə cavab verib, daha sonra jurnalisti yalançılıqda ittiham edib:
"Bilirsən?! Sən də yalançısan, sənin media qurumun da. Yayımladıqlarınız da yalandır. Biz möhtəşəm iş görmüşük. Bu işi düzgün idarə etdik".
Camal
Şərhlər