ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İraqda təyyarə qəzası nəticəsində hərbçilərin ölməsini təsdiqləyib.
Qaynarinfo xəbər verir ki, bu barədə CENTCOM məlumat yayıb.
Məlumata görə, qəza nəticəsində 6 hərbçidən dördü ölüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Qeyd edək ki, ABŞ ordusunun "KC-135” tipli yanacaq dolduran təyyarəsi İraqın qərbində qəzaya uğrayıb. Zədələnmiş bir digər "KC-135” tipli təyyarə isə İsraildə uğurla eniş edib.
KC-135 əsas hava yanacaqdoldurma təyyarəsidir. Təyyarə tək bir uçuşda 90 tona qədər yanacaq ötürə bilir. Bu nəhəng təyyarənin dəyəri təxminən 25 milyon dollardır.
Şərhlər