Dünya 14:44 02.12.2019

Tramp Nümyandələr Palatasının dəvətinə "yox" dedi

ABŞ prezidenti Donald Tramp Nümayəndələr Palatasının impiçmenti ilə əlaqdar ifadə vermək çağırışına yox deyib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Ağ Ev bu barədə Nümayəndələr Palatasına məktub göndərib. Məktubda ABŞ prezidentinin çərşənbə günü keçiriləcək dinləməyə qatılmayacağı qeyd olunub, lakin növbəti iclaslarda iştirak edib etməyəcəyi məsələsinə toxunulmayıb. Həmçinin impiçment çərçivəsində aparılan istintaqın gedişində demokratların obyektiv olmadıqları və prosesin şəffaf idarə edimədiyi bildirilib.
 
Camal