Xəbər lenti

Tramp nüvə müqaviləsindən imtina edir?
Dünya 14:55 06.10.2017

Tramp nüvə müqaviləsindən imtina edir?

ABŞ prezidenti Donald Trampın 2015-ci ildə İranla imzalanmış nüvə müqaviləsindən imtina etməyə hazırlaşdığı iddia edilir.

"Qaynarinfo" xəbər verir ki, "Washington Post" qəzeti Trampın 12 oktyabrda Orta Şərq barədə nitqə və sazişin ABŞ-ın maraqlarına uyğun olmaması barədə açıqlama verməyə hazırlaşdığı bildirilir. ABŞ prezidenti 15 oktyabrda İranın müqavilə qanunlarına əməl edib-etməməsi ilə bağlı Konqresə hesabat verməlidir və Trampın bu tarixdən əvvəl sazişdən imtina etməsi ehtimallar arasındadır.

Ağ Evin sözçüsü Sara Sanders isə məsələ ilə bağlı danışaraq "Prezident bu barədə qərarını verib və doğru zamanda açıqlayacaq. İranla əlaqədar daha geniş strategiya hazırlamaq planımız var. Bu məsələdə prezidentlə birlikdə işləyən çox yaxşı qrup var." deyib.

Gülşən

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->