Xəbər lenti

Tramp: “Putin vaxt udmağa çalışır, mən bunu illərlə biznesdə etmişəm...”
Dünya 19:03 26.03.2025

Tramp: “Putin vaxt udmağa çalışır, mən bunu illərlə biznesdə etmişəm...”

ABŞ prezidenti Donald Tramp bildirib ki, ola bilsin, Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə sülh razılaşmasını gecikdirir.

Qaynarinfo xəbər verir ki, bu baədə ABŞ prezidenti çərşənbə axşamı Newsmax-a müsahibəsində deyib.

"Bilmirəm. Müəyyən bir məqamda sizə xəbər verəcəyəm. Amma düşünürəm ki, Rusiya buna son qoymaq istəyir, lakin bəlkə də vaxt udmağa çalışır".
O əlavə edib ki, özü də illərlə biznesdə eyni üsuldan istifadə edib.

"Mən bunu uzun illər etmişəm, bilirsiniz; müqaviləni imzalamaq istəmirəm, sadəcə olaraq oyunda qalmaq istəyirəm, amma bəlkə də ümumiyyətlə bunu etmək istəmirəm... Əmin deyiləm. Amma yox, düşünürəm ki, Rusiya bunun başa çatmasını istəyərdi və düşünürəm ki, (Ukrayna prezidenti Volodimir – red.) Zelenski də bu mərhələdə bunun bitməsini istərdi", – deyə Tramp bildirib.

O əlavə edib ki, hər iki tərəf həftəlik orta hesabla 2 500 hərbçisini itirir.

"Onlar amerikalı deyillər, amma bu, mənim üçün fərq etmir... Mən döyüş meydanlarından fotoları görürəm; onları görməməyi üstün tutardım. Ətrafa səpələnmiş qollar, ayaqlar, başlar... Silahlanma tamamilə absurddur. İndi iş dronların əlindədir... Mən sadəcə bunun dayanmasını istəyirəm", – deyə Tramp bir daha vurğulayıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanında 23-25 mart tarixlərində keçirilən danışıqların nəticəsi olaraq ABŞ, Rusiya və Ukrayna Qara dənizdə gəmiçiliyin təhlükəsizliyini təmin etmək, güc tətbiqini istisna etmək və kommersiya gəmilərinin hərbi məqsədlərlə istifadəsinin qarşısını almaq barədə razılığa gəliblər.

Bununla belə, sonradan Rusiya bir sıra tələblər irəli sürüb, o cümlədən kənd təsərrüfatı sektoruna qarşı bəzi sanksiyaların yumşaldılmasını tələb edib.

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Amerika tərəfi Rusiyanın irəli sürdüyü şərtləri nəzərdən keçirəcək və Qara dənizdə atəşkəsə razılıq vermək üçün bu məsələyə baxacaq.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->