Dünya 10:15 14.09.2019

Tramp Sisiyə: "Mənim sevimli diktatorum haradadır?"

ABŞ prezidenti Donald Tramp Misir prezidenti Əbdül Fəttah Əl Sisini "sevimli diktatorum" adlandırıb.

Qaynarinfo xəbər verir ki, ikili ötən həftələrdə "G7" ölkələrinin Fransada baş tutan sammiti çərçivəsində bir araya gəlib. "The Wall Street Journal"ın iddiasına görə, D.Tramp Sisini gözləyərkən "Mənim sevimli diktatorum haradadır?", - deyə səslənib.

Ətrafdakılar bu müraciəti səssizliklə qarşılayıb. Misir prezidentinin Trampın replikasını eşidib-eşitmədiyi bilinmir.

Gülşən