Tramp Tokioda həyatı iflic etdi

Tramp Tokioda həyatı iflic etdi

ABŞ Prezidenti Donald Trampın səfəri ilə bağlı Tokio polisi tərəfindən yüksək səviyyəli təhlükəsizlik tədbirləri görülüb.

Bu məqsədlə 25 mindən çox polis əməkdaşı bütün sutka ərzində təhlükəsizliyi qoruyacaq.

ABŞ səfirliyinin yaxınlığında və ətraf küçələrdə növbətçi polis maşınları diqqəti cəlb edir. Küçələrin kəsişmələrində avtomobillərin hərəkətinə maneə yaratmaq üçün xüsusi sədlər quraşdırılıb.

Müxtəlif yerlərdə, o cümlədən ABŞ Prezidentinin səfər çərçivəsində ziyarət edəcəyi obyektlərin yaxınlığında buraxılış-nəzarət məntəqələri yaradılıb.

Paytaxtın bir sıra sürətli yollarının girişinin D.Trampın kortecinin hərəkəti ilə bağlanacağı da bildirilir.

Tokio polisi paytaxt sakinlərinə müraciət edərək təhlükəsizlik tədbirləri ilə bağlı yaranacaq narahatlığa görə üzr istəyib. (AZƏRTAC)
XƏBƏRLƏR
BLOGLAR