Dünya 12:40 31.05.2020

Tramp üsyançıları onlara qarşı qoşun göndərməklə hədələdi

ABŞ Prezidenti Donald Tramp qaradərili vətəndaşın öldürülməsindən sonra etirazların başladığı Minneapolisə ordu göndərə biləcəyini deyib.

Qaynarinfo xəbər verir ki, Ağ Evin mətbuat xidmətindən verilən məlumata görə, Tramp "Biz tez bir zamanda əsgər göndərə bilərik", - deyib.

Bu vaxta kimi ölkədəki iğtişaşlarda ən azı iki nəfərin öldüyü bildirilir. Kaliforniyanın Oklend şəhərində Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı atışma zamanı həlak olub, bir nəfərsə yaralanıb. Miçiqan ştatının Detroyt şəhərində isə naməlum şəxs etirazçı kütləyə atəş açıb, azı bir nəfər ölüb.

Bundan əlavə, Vaşinqtonda Ağ Ev qarşısındakı insident zamanı bir neçə gizli xidmət zabiti yaralanıb. Etirazçılar onlara daş, şüşə və molotov kokteylləri atıb.

Xatırladaq ki, Minnesota və digər ştatlarda afro-amerikalı Corc Floydun polis tərəfindən öldürülməsi səbəbindən kortəbii etirazlar başlayıb və getdikcə bir neçə iri şəhəri bürüyüb.

Alpər