Xəbər lenti

Tramp Venesuela ordusunu hədələdi
Dünya 10:33 19.02.2019

Tramp Venesuela ordusunu hədələdi

ABŞ prezidenti Donald Tramp Venesuela ordusunu hədələyib.

Qaynarinfo xəbər verir ki, Tramp Floridada Venesuela əsilli amerikalılarla görüşüb və Venesueladakı siyasi vəziyyəti qiymətləndirib:
"Xuan Quaydo və Venesuela xalqının yanındayıq. Təkcə Venesuelada yox, Nikaraqua və Kubada da sosializm son günlərini yaşayır. Venesuala hərbçiləri həyatlarını, ölkə gələcəyini Kuba ordusu tərəfindən qorunan biri üçün təhlükəyə atır. Nikolas Maduronu dəstəkləməyi seçən şəxslər təhlükəsiz sığınacaq və çıxış yolu əldə edə bilməyəcək və hər şeylərini itirəcək".

Qeyd edək ki, hazırda Venesuelada siyasi qeyri-sabitlik hökm sürür. Ölkə rəhbəri Nikolas Madurodur, lakin müxalifət lideri Xuan Quaydo özünü müvəqqəti prezident elan edib.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->