Dünya 09:50 21.09.2019

Tramp Yaxın Şərqə əlavə qüvvə göndərir

ABŞ Yaxın Şərqə əlavə qoşun göndərir.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Müdafiə naziri Mark Esper məlumat verib. Qərara səbəb İranın Səudiyyə Ərəbistanına güman edilən hücumudur. 

ABŞ qüvvələri hava və raket hücumundan müdafiə istiqamətində işlər görəcək. 

Xatırladaq ki, ötən həftə Yəməndə mübarizə aparan Husi silahlı qüvvələri Səudiyyənin "Saudi Aramco" neft şirkətini hədəf ala bilib. ABŞ isə hücuma görə İranı ittiham edir.

Gülşən