Trampdan

Trampdan "Green Card"a müraciət edənlər üçün pis xəbər

ABŞ prezidenti Donald Tramp "Green Card" lotereyası barədə açıqlama verib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Nyu Yorkda törədilən son terror aktından sonra danışan Tramp "Twitter" hesabında "Green Card" lotereyasının hazırkı qaydalarını tənqid edib. O bildirib ki, demokratik lotereyaya yox, daha ağıllı və sərt immiqrasiya siyasətinə ehtiyacımız var, seçim insanların məziyyət analizi əsasında həyata keçirilməli və daha selektiv olmalıdır.

Qeyd edək ki, terakt Özbəkistandan ABŞ-a köçən şəxs tərəfindən törədilib.

Gülşən
Qaynarinfo.Az
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR