Dünya 09:54 21.06.2018

Trampdan gözlənilməz qərar: miqrant uşaqlar valideynlərindən ayrılmayacaq

ABŞ prezidenti Donald Tramp miqrantlarla bağlı qərarnaməni imzalayıb.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, qərarnamə ölkəyə qeyri-qanuni gələn miqrantların övladlarının valideynlərindən ayrılmasının qarşısını alacaq. Tramp ailə üzvlərinin bir-birindən ayrılmağından məmnun olmadığını deyərək qərarnamənin həm ölkə sərhədlərini təhlükəsiz etmək, həm də ailələri bir arada tutmaq məqsədi daşıdığını dilə gətirib. 

ABŞ prezidenti qeyri-qanuni miqrant probleminin həlli üçün Konqresə müraciət edib.

Qeyd edək ki, ABŞ-da qeyri-qanuni miqrantlar həbsə yollanır, azyaşlılar isə uşaqlar evinə göndərilirdi. Bir çox şəxs tərəfindən etirazla qarşılanan bu qayda barədə "first lady" Melaniya Tramp da danışmış, dəyişikliyin edilməsi üçün müraciət etmişdi. 

Gülşən