Dünya 14:28 14.09.2017

Trampdan miqrantlara şad xəbər: Deportasiya edilməyəcəklər

ABŞ Demokratlar Partiyasının iki nümayəndəsi prezident Donald Trampla "DACA" proqramı barədə razılığa gəldiklərini açıqlayıb.

"Qaynarinfo" "BBC"yə istinadən xəbər verir ki, Tramp 16 yaşına qədər ABŞ-a gəlmiş azyaşlı miqrantların deportasiyası barədə qərar qəbul etmişdi. "DACA" proqramının ləğvi ilə 800 min nəfərin ölkədən qovulacağı planlaşdırılırdı. Proqram uşaq miqrantların hüquqlarını qoruyur, onlara daimi yaşamaq, işləmək, oxumaq hüququ verirdi. 

Əldə edilən razılığa əsasən isə bu şəxslərin ölkədə qalması üçün lazımi hüquqi addımlar atılacaq.

Gülşən

Qaynarinfo.Az