ABŞ prezidenti Donald Tramp Meksika sərhədində saxlanılan qeyri-qanuni miqrantların ölkədən çıxarılacağını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, "Twitter" hesabında yazan Tramp bildirib:
"Bütün insanlara ölkəmizi istila etməyə icazə verə bilmərik. Kimsə gələndə, hakim, məhkəmə olmadan geri göndərməliyik. Sistemimiz, qanun və miqrant siyasətimiz lağ mövzusuna çevrilib. Bu, illərlə qanuni şəkildə ölkəyə gəlmək istəyən, gözləyən şəxslərə qarşı haqsızlıqdır. Miqrant statusunu qazanmaq üçün buna layiq olmaq lazımdır. Uşaqların çoxu valideynləri olmadan gəlir".
Qeyd edək ki, ötən günlərdə miqrant uşaqların valideynlərindən ayrılması, yetkin şəxslərin həbsə, azyaşlıların uşaqlar evinə göndərilməsi təndiq edilmişdi. Tramp isə miqrant uşaqların ailə üzvlərindən ayrılmaması barədə qərarnamə imzaladı.
Gülşən
Şərhlər