Trampdan Türkiyə açıqlaması: Böyük sanksiyalar gəlir

Trampdan Türkiyə açıqlaması: Böyük sanksiyalar gəlir

Türkiyəyə böyük sanksiyalar tətbiq olunacaq.

Qaynarinfo xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp ictimai media hesabı Tvitterdən yaydığı son dəqiqə açıqlamasında qeyd edib.

"Fox and Friends proqramındakı Brian Kilmeade hər şeyi səhv başa düşüb. Biz 200 ildir bir-biriylə savaşan iki qrup arasındakı müharibəyə qoşulmayacağıq. Avropanın öz İŞİD-çi məhbus vətəndaşlarını almaq imkanı vardı, ancaq qarşılığında heç nə ödəmək istəmədilər. "ABŞ ödəsin” dedilər. Kürdlər bizi problemin içinə cəlb etmək üçün bəzi İŞİD-çiləri azad edə bilər. Gələnlərin çoxu Türkiyə və Avropa ölkələri tərəfindən asanca tutula bilər, amma çevik hərəkət etməlidirlər. Türkiyəyə böyük sanksiyalar gəlir. İnsanlar həqiqətən NATO üzvü olan Türkiyə ilə döyüşməyimizin lazım olduğunu düşünürmü? Sonu görünməyən müharibələr sona çatacaq!” – Trampın tvitində deyilir.

Alpər
XƏBƏRLƏR
BLOGLAR