Xəbər lenti

Trampın 13 yaşlı nəvəsi moda ikonasına çevrilib (FOTO)
Foto 10:16 30.01.2025

Trampın 13 yaşlı nəvəsi moda ikonasına çevrilib (FOTO)

Arabella Rouz Kuşner - İvanka Tramp (Donald Trampın qızı-red.) və Cared Kuşnerin qızıdır. 

Qaynarinfo xəbər verir ki, onun geyim üslubu son zamanlar diqqət mərkəzinə düşüb. Ağ palto və qızılı naxışlı ağ çiyinbağsız don, dama-dama və qırmızı palto - bunlar onun seçdiyi geyimlər arasındadır. Hətta bəzi kombinləri şahzadə Keytin geyimlərini xatırladır. 

"O, demək olar ki, həmişə şahzadə donlarında gəzir", deyə İvanka Tramp hələ 2015-ci ildə "Vanity Fair"ə verdiyi müsahibədə qızının geyim üslubu barədə belə danışmışdı.

Babasının - Donald Trampın inauqurasiya günündə də Arabella zərif tərzi ilə diqqət çəkmişdi. O, dik yaxalı, diz uzunluğunda bej rəngli plaş-paltonun, eyni rəngli şalvar və əlcəklərin içində eleqant görünürdü.

Arabellanın gələcəkdə Ağ Evdə görünmə ehtimalı varmı? "Bild" redaktoru Cennifer Renkin fikrincə, bu, çox da inandırıcı deyil. Əgər baş versə belə, yalnız xüsusi tədbirlərdə ola bilər. 

Hazırda Arabella ailəsi ilə birlikdə Mayamidə - okeana baxan dəbdəbəli bir yaşayış kompleksində yaşayır. Anası İvanka Tramp isə artıq Donald Trampın rəsmi müşaviri kimi fəaliyyət göstərməyəcək. Onun sözlərinə görə, əsas diqqətini ana roluna yönəltmək istəyir.

Arabella iudaizm ənənələrinə uyğun böyüyüb və Çin dilində sərbəst danışır. O, beş yaşında olarkən hətta Trampın Mar-a-Laqo iqamətgahında Çin Xalq Respublikasının sədri Si Szinpin üçün Çin dilində mahnı da ifa etmişdi.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->