Trampın vəkilinə qarşı istintaq prosesi başladı

Trampın vəkilinə qarşı istintaq prosesi başladı

ABŞ prezidenti Donald Trampın şəxsi vəkili Rudolf Culianiyə qarşı istintaq prosesi başlayıb. 

Qaynarinfo xəbər verir ki, biznesmnenlər Lev Parnas və İqor Fruman tərəfindən irəli sürülən, ABŞ qazını Polşadan Ukraynaya çatdırılması məqsədilə boru xəttinin tikintisini nəzərdə tutan layihə Tramp administrasiyasının dəstəyi ilə 2019-cu ildə ukraynalı rəsmilərə təqdim edilib. Trampın vəkili Rudolf Culiani ortaq kimi göstərilib.
 
L.Parnas və İqor Fruman 11 oktyabrda ABŞ-da həbs edilib. İddiaya görə, onlar ABŞ-da prezident seçkilərinə namizəd Co Baydenin oğlunu Ukraynada araşdırmaq üçün R.Culianiyə kömək edib.

ABŞ Federal Prokurorluğu R.Culianini korrupsiyada, Ukraynadakı biznesdən şəxsi xeyir götürməkdə ittiham edir. 

Ağ Ev rəhbərinin prokuroru bu barədə iddiaları rədd edib:

"Ukraynadakı layihədə şəxsi maraqlarım yoxdur. Əgər ortaq olduğumu bilmək istəyirlərsə, niyə məndən soruşmurlar? Parnas və Frumanı tanımıram və onların ortağı deyiləm".

Gülşən

XƏBƏRLƏR
BLOGLAR