Rusiyanın "Transneft" şirkəti 2019-cu il ərzində uzaq xaricə 0,88 mln. ton Azərbaycan nefti nəql edib.
Qaynarinfo-nun APA-ya istinadən verdiyi məlumata görə, bu göstərici illik ifadədə 27,9% azalıb. "Transneft"in məlumatında qeyd edilir ki, Azərbaycan neftinin nəqli yalnız uzaq xarici ölkələrə nəql olunub.
Ümumilikdə, 2019-cu ildə şirkət öz magistral boru xətləri ilə 484,8 mln. ton neft nəql edib ki, bu da 2018-ci illə müqayisədə 0,9% çoxdur. Bundan 238,8 mln. tonu ixraca yönəlib ki, bu da əvvəlki ilin göstəricisindən 3,6% çoxdur.
Şərhlər