Dünya 15:18 18.04.2019

Tripolidə ölənlərin sayı 200-ü keçdi

Liviyada 4 apreldən bəri davam edən silahlı qarşıdurmalarda ölü sayı 205 nəfərə çatıb.

Qaynarinfo xəbər verir ki, yaralı sayı 913-dür. 18 mindən çox insan yaşadığı yeri tərk etmək məcburiyyətində qalıb. 

Qeyd edək ki, 4 apreldə General Xəlifə Həftərin rəhbərlik etdiyi ordu Milli Razılıq Hökumətinin nəzarətindəki paytaxt Tripolini ələ keçirmək üçün əməliyyata başlayıb. 

Gülşən