Video 21:35 26.10.2020

TRT simalarından Azərbaycana dəstək: Hikmət Hacıyev təşəkkür etdi (VİDEO)

Türkiyənin TRT kanalı xüsusi videoçarxla Dağlıq Qarabağ münaqişəsinin həlli çərçivəsində Azərbaycana dəstəyini ifadə edib.

Qaynarinfo xəbər verir ki, videoda TRT kanalının məşhur simaları Azərbaycana daima, bütün hallarda dəstək olduqlarını, bir olduqlarını bildiriblər.

"Bütün imperial güclər bir araya gəlsə də, Azərbaycanın yanında bir və bütün olaraq duracağıq. Qarabağ azadlığına qovuşmadıqdan sonra bizə yaşamaq haram olsun. Qarabağ azad olunana qədər mücadiləyə davam" - deyə videoda qeyd olunub.

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev videonu "Twitter" hesabında paylaşaraq qardaş Türkiyə xalqına və xüsusilə də TRT telekanalına təşəkkür edib.

Həmin vidoçarxı təqdim edirik: