Tunisdə prezident seçkiləri keçirilir

Tunisdə prezident seçkiləri keçirilir

Tunisdə prezident seçkilərində səsvermə başlayıb.

Qaynarinfo xəbər verir ki, 7 milyon 155 min seçici 13 min sandıqda səs verə biləcək. Səsvermə prosesi 33 bölgədə keçirilir.

Seçkidə 24 namizəd mübarizə aparır. Ötən gün biznesmen Səlim Riyahi və siyasətçi Möhsün Merzuk namizədliyini geri çəkib.

Namizədlərdən heç biri 50% səs əldə edə bilməsə, 2-ci tur baş tutacaq.

2016-cı ildən bəri Baş nazir vəzifəsini icra edən Yusif Cahid, biznesmen, media maqnatı Nabil Karouy, "Ennahdha" Hərəkatının lideri Əbdüllətif Mourou əsas namizədlər hesab edilir.

Qeyd edək ki, Tunisin sonuncu prezidenti Beci Caid Əssəbsi iyul ayında vəfat edib.

Gülşən
 
XƏBƏRLƏR
BLOGLAR