Maqazin 11:48 21.10.2021

Tünzalə özünü belə təbrik etdi

Bu gün Xalq artisti Tünzalə Ağayevanın ad günüdür.

Qaynarinfo xəbər verir ki, 45 yaşlı sənətkar sosial şəbəkədə yubileyi ilə bağlı paylaşım edərək özünü təbrik edib:

"45 yaşımın gözəlliyini, kefini çıxartmağımı, dolu yaşamağı diləyirəm özümə, bu il iki yubileyimi qeyd edirəm: səhnəmin 20 ilini və 45 yaşımı. Həyat və sənət yolum olduqca parlaq, rəngarəng və bəhrəlidir. Bunlar Allahın lütfü və mərhəmətidir, yaşadığım və rast gəldiyim bütün hadisə və imtahanlara minnətdaram, həyatıma girən "pis , neqativ" adlandırdığım insan və hadisələrə də ayrıca sağ olum var - çünki sonunda dərslərimdən 5 almışam. Ailəmə, sevənlərimə həmişə minnətdaram, sevməyənlər də sağ olsunlar - motivasiyamın artmasına səbəb olduqları üçün”.