Ölkə 17:45 11.09.2022

“TurAz Qartalı-2022” təlimində iştirak edən heyət Türkiyəyə qayıtdı (FOTO)

"TurAz Qartalı-2022” birgə taktiki-uçuş təlimində iştirak edən qardaş ölkənin Hərbi Hava Qüvvələrinin şəxsi heyəti və texniki avadanlıqları Türkiyəyə yola salınıb.

Bu barədə Qaynarinfo-ya Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Sentyabrın 5-dən ölkəmizdə keçirilən təlimdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin hərbi pilotları müxtəlif tapşırıqları uğurla yerinə yetiriblər.