Dünya 21:51 22.08.2019

Turistləri ildırım vurdu: ölənlər var

Polşanın cənubunda Gevont dağ massivində ildırım bir qrup turisti vurub.

Qaynarinfo xəbər verir ki, nəticədə bir neçə turist həlak olub, çox sayda insan isə yaralanıb.

Ölən və xəsarət alanların dəqiq sayı açıqlanmayıb. Hadisə yerində xilasedicilər işləyir.