Xəbər lenti

Dünya 10:18 07.06.2019

Türk deputat istirahət zamanı öldü

Türkiyənin Cümhuriyyət və Xalq Partiyasının (CHP) millət vəkili Kazım Arslan vəfat edib.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, deputat Antalyada ailəsilə birgə istirahət edərkən beyninə qan sızıb və onun həyatını xilas etmək mümkün olmayıb. 

1954-cü ildə Denizli şəhərində dünyaya gəlmiş Arslan 1979-1999-cu illərdə vəkil kimi fəaliyyət göstərib. O, 2014-cü ildən bəri CHP-nin Denizlidən olan millət vəkili idi.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->