Video 13:42 17.01.2022

Türk məşhurlar Ziya Məmmədovun gəlininin ad günündə (FOTO/VİDEO)

Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, tanınmış iş adamı Anar Məmmədov həyat yoldaşı Fəridə Məmmədovaya ad günü edib.

Qaynarinfo xəbər verir ki, məclis İstanbulda tanınmış məkanlardan birində baş tutub. Gecədə məşhur türk müğənniləri Demet Akalın, Simge, Alişan səhnəyə çıxıblar.

Qonaqlar arasında Alişanın aktrisa xanımı Buse Varol da yer alıblar. Məclisdən görüntüləri isə qoanqlar sosial şəbəkədə paylaşıblar.

Qeyd edək ki, F.Məmmədova sabiq Kənd Təsərrüfatı naziri Heydər Əsədovun qızıdır.