Ölkə 19:51 30.11.2020

Türk minaaxtaranlar Qarabağda əməliyyata başladı (FOTO)

Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunlarının minaaxtaran qrupları Ermənistanın işğalından azad edilən bölgələrdə minaaxtarma əməliyyatına başlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, minaaxtaran qruplar həm əraziləri minalardan təmizləyəcək, həm də Azərbaycan Ordusuna təlimlər keçəcək.