Siyasət 17:26 01.08.2014

Türk səfirdən başsağlığı


"Şəhidlərə tanrıdan rəhmət diləyir, ailələrinə başsağlığı verirəm"

Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşğun cəbhədə bölgəsində Azərbaycan əsgərlərinin şəhid olması ilə bağlı başsağlığı verib.

ANS PRESS-in məlumatına görə, diplomat bu barədə özünün sosial şəbəkədəki səhifəsində yazıb.

“Azərbaycanlı qardaşlarımızın təmas xəttində şəhid olması barədə xəbərlər gəlir. Hamısına tanrıdan rəhmət diləyirəm, ailələrinə başsağlığı verirəm”, - deyə diplomat qeyd edib.

Qeyd edək ki, ötən gün cəbhə xəttində ermənilərin hücumu nəticəsində Azərbaycanın 9 hərbçisi şəhid olub.

Düşmənlə atışmada Azərbaycan Ordusunun daha 4 hərbçisi yaralanıb.

Qaynar.info