Türk seriallarının izləyicilərinə bəd xəbər var. Belə ki, yanvar ayının 23-ə qədər heç bir türk serialı yeni bölümünü təqdim etməyəcək.
Yenicag.az xəbər verir ki, TV8-də yayımlanan "Jet Sosyete” serialının ssenari müəllifi Gülse Birsel bunun reklamlarla əlaqədar olduğunu bildirib.
Gülse Birselin sözlərinə görə, yanvar ayında reklam müqavilələri yeniləndiyindən bütün özəl kanallar bu dönəmdə yeni bölümləri yayımlamamaqla bağlı anlaşıblar. Ssenarist bildirib ki, sadəcə TRT serialları yeni bölümlərini yayımlayacaq, özəl kanallar isə 23 yanvarı gözləyəcəklər.
Bu səbəbdən də, "Çukur”da Yamacın, "Eşkiya dünyaya hökmdar olmaz”da İlyasın yaşayıb-yaşamayacağını, "Çarpışma”da, "Gülpəri”də, "Sen anlat Karadeniz”də bundan sonra nələr olacağını ancaq ay sonu öyrənə biləcəyik.
Şərhlər