Türkiyə ABŞ-ın "Qazprombank" adlı Rusiya şirkətinə qarşı tətbiq etdiyi sanksiyalardan azad edildiyini və bunun Ankaraya qaz idxalı üçün ödənişləri davam etdirməyə imkan verdiyini bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat
yayıb.
Türkiyənin energetika naziri Alparslan Bayraqdar ABŞ rəsmiləri ilə aparılan bir sıra danışıqlardan sonra ölkənin qaz ödənişlərini "Qazprombank" vasitəsilə davam etdirməsinə icazə veriləcəyini bəyan edib.
Keçən ay ABŞ tərəfindən "Qazprombank"a qarşı tətbiq edilən sanksiyalar, təbii qaz tədarüklərinin ödənişi üçün əsas maliyyə institutu kimi fəaliyyət göstərən bu bankla işləyən bir çox ölkələr, o cümlədən Avropa İttifaqı üçün narahatlıq mənbəyinə çevrilmişdi. Bu sanksiyalar, Rusiyadan qaz idxal edən ölkələr üçün ciddi çətinliklər yaradır. Çərşənbə günü Macarıstan da bu sanksiyalardan azad edildiyini elan edib.
Bayraqdar daha əvvəl bildirmişdi ki, Türkiyəyə istisna hüququ verilməzsə, ölkə sanksiyalarla üzləşə bilər. Rəsmi məlumatlara görə, Türkiyənin təbii qaz idxalının üçdə birindən çoxu Rusiyadan həyata keçirilir.
ABŞ Maliyyə Nazirliyi sanksiyaların ləğvi ilə bağlı açıqlama verməkdən imtina edib.
Bloomberg agentliyinin məlumatına görə, Ankara rəsmiləri noyabr ayında rus nümayəndə heyəti ilə alternativ ödəniş üsullarını müzakirə etmək üçün görüş keçiriblər.
Eyni zamanda, Kreml rəhbəri Vladimir Putin yaxın zamanda "Qazprombank"a qarşı sanksiyalar ləğv olunana qədər xarici alıcılara ödənişləri digər maliyyə qurumları vasitəsilə həyata keçirməyə icazə verib.
Son vaxtlar məlum olub ki, Avropa İttifaqı ABŞ-dan "Qazprombank"a qarşı sanksiyaların yumşaldılmasını nəzərdən keçirməyi xahiş edib.
Alpər
Şərhlər