Türkiyənin polad istehsalçıları ABŞ-ı məhkəməyə verməyə hazırlaşır. Modern.az xəbər verir ki, buna səbəb ABŞ Prezidenti Donald Trampın qərarı ilə Türkiyədən idxal edilən alüminium və poladın gömrük vergisini 2 dəfə bahalaşmasıdır.
Türkiyə Polad Federasiyasının rəhbəri Namiq Ekinçi Trampın qərarının ədalətsiz olduğunu deyib: "Tramp rəhbərliyi seçkilərdə onlara dəstək olan yerli polad sektoruna xoş olsun deyə, xarici siyasətdə polad idxalından silah kimi istifadə edir. Trampın bu sanksiya qərarı ABŞ bazarından çox Türkiyəyə təsir göstərir.
Təkcə Türkiyəyə qarşı iqtisadi sanksiya qərarı ABŞ qanunlarına və Ümumdünya Ticarət Təşkilatının qaydalarına ziddir. Bu dövr bizim 2-3 il ərzində ABŞ-a ixracı dayandırmağımız deməkdir. Buna görə də problemin siyasi yollarla həll edilməsini arzulayırıq”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Türkiyədən idxal olunan polad və alüminiumun gömrük vergisinin iki dəfə bahalaşması barədə qərar qəbul edib. Sözügedən qərar 13 avqustan etibarən qüvvəyə minəcək.
Şərhlər