Dünya 13:45 11.02.2018

Türkiyə Afrinə dəstək göndərir

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin şəhərində təşkil etdiyi anti-terror "Zeytun Budağı" əməliyyatı çərçivəsində 1100 Xüsusi Əməliyyat Polisi əraziyə göndəriləcək.

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, polislər Afrinə 50 manqa şəklində 25 zirehli nəqliyyat vasitəsilə gedəcəklər. 

Hədəf, Afrinin mərkəzi yaşayış məntəqələrinə geri çəkilər terrorçulardır. Şəhərin şərq və cənub-şərqini əhatə edəcək əməliyyatlar üçün terrorçular geniş xəndəklər qazıb, əraziyə çox sayda mina yerləşdirib.

Qeyd edək ki, 20 yanvarda TSQ tərəfindən start verilən "Zeytun Budağı" əməliyyatının məqsədi şəhəri PKK/PYD və İŞİD terrorçularından təmizləməkdir. TSQ-yə Azad Suriya Ordusu da dəstək verir.

Gülşən