Xəbər lenti

Türkiyə - Azərbaycan qardaşlıq mükafatları 14 noyabrda təqdim olunacaq
Sənət 14:10 07.10.2019

Türkiyə - Azərbaycan qardaşlıq mükafatları 14 noyabrda təqdim olunacaq

3-cü Türkiyə - Azərbaycan qardaşlıq mükafatları 14 noyabrda sahiblərini tapacaq.

Qaynarinfo xəbər verir kii, BHS GROUP Ataxan Taşur və İstanbul Azərbaycan Dostluq Dərnəyinin 3-cü dəfə təşkil elədiyi Türkiyə - Azərbaycan Qardaşlıq  mükafatlandırma gecəsi "Grand Hyatt İstanbul"da keçiriləcək.

Bu il 3-cü dəfə baş tutacaq mərasimdə iki ölkənin sənət, siyasət, idman və iş dünyasının təmsilçiləri bir araya gələcək. Tədbir AzTV vasitəsi ilə canlı yayımlanacaq. 

Mükafatlandırma gecəsinin şəxsi koordinatorluğunu EVO GROUP-un sahibləri Evrən Yaşlaq və Evrim Yaşlaq, sənət koordinatorluğunu Əəki Sincar, aparıcılığını isə Mervə Akıncı və Mert Palavraoğlu edəcək.

Qeyd edək ki, 2-ci Türkiyə - Azərbaycan qardaşlıq mükafatları ötən il dekabrın 2-də təqdim olunub. Koray Avcı, Ebru Yaşar, Erme Kaya, Tuba Yurt, Hakan Peker, Ömür Gedik kimi məhşurlar mükafata layiq görülmüşdü.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->