Siyasət 10:53 03.06.2020

Türkiyə Azərbaycan vətəndaşları üçün viza müddətini 90 günədək uzatdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Sazişi təsdiq edib.

Trend-in məlumatına görə, bu barədə qərar Türkiyənin "Rəsmi qəzeti”ndə dərc edilib.

Sazişə əsasən, 90 günədək müddətə səfər etmək istəyən Türkiyə və Azərbaycanın etibarlı ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv edilir. Bundan əvvəl isə Azərbaycan və Türkiyə vətəndaşları 30 gün vizasız qala bilirdilər.

Qeyd edək ki, Saziş mayın 31-də Milli Məclisin iclasında təsdiq edilmişdi.