Ekonomiks 15:00 11.06.2014

Türkiyə eTicarət nəhənghlərindən Bakıda super təlim - FOTOLAR

 “Azərbaycan bazarına bu gün girən qazanacaq”

Bir neçə gün əvvəl Qafqaz Universitetində "eTicarət Master Class" adlı tədbir baş tutub.

Türkiyənin aparıcı elektron ticarət platformaları və bank ödəmə sistemləri sahiblərinin çıxış etdikləri tədbirə Azərbaycanın aparıcı şirkət nümayəndələri də qatılıb.

Xatırladaq ki, “eTicarət Master Class” Central Business School (CBS) layihəsi nəzdində, Digitera şirkəti tərəfindən təşkil olunub.

Azərbaycan Respublikasının prezidentinin son illərdə informasiya və texnologiyalar sektoruna verdiyi dəstək, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin internet layihələrlərin inkişafına göstərdiyi köməyin sayəsində ölkədə İKT sektorunda ciddi bir inkişaf göz önündədir. Rabitə və Yüksək Texnologiyalar Naziri Əli Abbasovun kiçik və orta sahibkarlığa və eTicarətə dəstəyi sayəsində bu sektor sürətlə inkişaf edir.

Tədbirdə Sahibinden.com, Markafoni.com, Doğan Online, Google Türkiyə, Garanti Bankası, Evmanya.com, Akakce.com, KobiMaster kimi iri ticarət platformalarının mütəxəssisləri, ölkəmizdə bu sahədə çalışan və karyera qurmaq istəyənlərlə təcrübə və biliklərini bölüşüblər.

Bir çox çıxışçılar Azərbaycan bazarının eTicarət üçün çox önəmli olduğunu, yerli eTicarət saytlarından shopera.az haqqında müsbət fikirlər söyləyiblər. Shopera.az-ın çox qısa zamanda Türkiyədə belə tanınacağını əminliklə qeyd ediblər.

Garanti Bankası-nın meneceri Azərbaycanda eTicarət və tədbirlə əlaqədar öz facebook səhifəsində “Azərbaycan bazarına bu gün girən qazanacaqdır” deyə paylaşım edib.

Tədbirdə Azərbaycandan Rəşad Camal (shopera.az) və Elşad Yusifli (“Retargeting” by spot.az) çıxış ediblər. Azərbaycanın ən böyük elektron ticarət saytlarından hesab olunan Shopera.az saytının rəhbəri və tədbirin təşkilatçısı Rəşad Camal çıxışında və tədbir sonrası müsahibəsində ölkəmizdə bu sahəyə olan maraqdan, eTicarətin hər gün daha artıq inkişafından danışıb.

Peşakarların çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb və çox sayda suallarla müşahidə olunub. Tədbir sonrası qonaqlar tədbirdən çox məmnun qaldıqlarını bildiriblər.

Xatırladaq ki, “eTicarət Master Class” tədbirinin sponsorları Shopera.az, MSN Tour, QUTechnopark, media dəstək isə Apa Holdingə məxsus idi.

Qaynar.info